Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putinə rekord dəstək

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidПрезидент РФ В. Путин принял участие в голосовании на выборах президента РФ
Президент РФ В. Путин принял участие в голосовании на выборах президента РФ - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırkı prezidentin xeyrinə 56 milyon 206 min 514 seçici səs verib

BAKI, 19 mart — Sputnik. Bülletenlərin 99,84 faizinin hesablanmasından sonra Rusiyanın hazırki prezidenti Vladimir Putin ümumi səslərin 76,66%-ni qazanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova səsvermənin nəticələrinə dair keçirdiyi brifinqdə bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyalı həmkarı ilə görüşü olub - Sputnik Azərbaycan
İlham Əliyev Vladimir Putinə təbrik teleqramı göndərdi

Putinin xeyrinə 56 milyon 206 min 514 seçici səs verib. Kommunist Partiyasının namizədi Pavel Qrudinin 11,9% səslə ikinci, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski isə 5,66% səslə üçüncü olub.

Dördüncü yerdə 1,67% səslə teleaparıcı Kseniya Sobçak qərar tutub. "Yabloko" partiyasınını lideri Qriqori Yavlinski 1,04% səslə beşinci, Boris Titov 0,76% səslə altıncı, Maksim Suraykin 0,68% səslə yeddinci olub. Sonuncu yerdə 0, 65% səslə Sergey Baburin qərarlaşıb.

Rusiyada prezident seçkiləri ilə bağlı səsvermə martın 18-də keçirilib. İlkin məlumatlara görə, seçkiyə ümumilikdə seçicilərin 67,47%-i, yəni 73,36 milyon insan qatılıb.

Bu seçkilərdə Vladimir Putin öz siyasi karyerası dövründə rekord həddə seçici səsi qazanıb. Seçkidə seçicilərin iştirak səviyyəsi də rekord həddə olub.

Bundan əvvəl Rusiyada seçkilər 2012-c ilin 4 mart tarixində keçirilib. O zaman seçicilərin 65,34%-i seçkidə iştirak edib. Putin həmin seçkilərdə səslərin 63,60%-ni toplayıb. 2012-ci ildə 45 milyin 602 min 75 nəfər Putinə səs vermişdi. Bu dəfə Rusiyanın dövlət başçısına ötən dəfəkindən 10 milyon 604 min 439 nəfər artıq seçici səs verib.

Xəbər lenti
0