Afrində terror aktı törədildi, ölənlər var

© REUTERS / Khalil AshawiAfrin
Afrin - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı 11 nəfər dünyasını dəyişib

BAKI, 19 mart — Sputnik. Suriyanın terrorçulardan azad olunan Afrin şəhərində terror aktı törədilib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, hadisə zamanı 11 nəfər dünyasını dəyişib.

Həlak olanlardan 7-si mülki şəxs, 4-ü isə Azad Suriya Ordusunun (ASO) əsgəridir. Xeyli sayda binaya ciddi ziyan dəyib. Hadisənin baş verməsinə səbəb PKK/PYD/YPG terrorçularının şəhərdən qaçarkən yola yerləşdirdikləri minanın işə düşməsi olub.

Xatırladaq ki, dünən səhər saatlarından etibarən Afrin şəhərinə nəzarət tamamilə Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) əlinə keçib.

Xəbər lenti
0