BAKI, 18 mart — Sputnik. Dubay əmiri (BƏƏ-nin vitse-prezidenti və baş naziri) şeyx Məhəmməd ben Rəşid əl-Maktum maşınları səhrada batmış əcnəbilərə kömək edib. O öz avtomobili ilə quma batmış maşını dartaraq səhradan çıxarıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, turist qadın Hanna Karen Arroyo Twitter-də Dubay əmiri ilə fotolar yerləşdirib və şəkillər BƏƏ mediasında dərc olunub.
"Dostlarım və mən Dubay səhrasında batmışdıq və şeyx Məhəmməd ben Rəşid tərəfindən xilas olunduq" — o oz Twitter-ində yazıb.
Fotolardan birində əmirin "Mercedes Benz G-class" markalı Dubai No 1 nömrəli avtomobilinə çox möhkəm kabelin bağlandığı görünür. Digər şəkildə turistlər xilas edildikdən sonra əmirlə bir yerdədirlər.
— Hanna Karen Arroyo (@Hannarroyo) 17 марта 2018 г.