Milliyyətçilərin lideri: Türklərlə kürdlər arasına nifaq salan şərəfsizdir

© Photo : En Son HaberMilliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı
Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı - Sputnik Azərbaycan
Abunə olmaq
"Türklər və kürdlər arasına nifaq salmaq şərəfsizlikdir, xəyanətdir, böyük bir pislikdir"

BAKI, 18 mart — Sputnik. Türklər və kürdlər arasına nifaq salmaq şərəfsizlikdir, xəyanətdir, böyük bir pislikdir.

Sputnik Türkiyə-nin məlumatına görə, bu sözləri türk milliyyətçilərinin lideri Dövlət Baxçalı Milliyyətçi Hərəkat Partiyasının (MHP) 12-ci Qurultayında səsləndirib.

Qurultayda yenidən partiya sədri seçilən Baxçalı türk milliyyətindən danışaraq onun ayrıseçkiliyi qəbul etməyən ulu bir çinar olduğunu qeyd edib.

"Türklər və Kürdlər arasına nifaq salmaq şərəfsizlikdir, xəyanətdir, böyük bir pislikdir. Kürd əsilli qardaşlarımızı təcrid edən bir millətin həqiqəti ola bilməz. Türklük isə Türkiyə və bütün türk millətinin onurğa sütunu, fundamentidir. Bozqurd işarəsi şərqdən qərbə şimaldan cənuba böyük bir ailə olan türk millətinin tarixi simvoludur" — deyə Baxçalı əlavə edib.

Xəbər lenti
0