Türkiyə Silahlı Qüvvələri iddiaları təkzib etdi

© REUTERS / Khalil AshawiAfrin yaxınlığında türk tankları, 23 yanvar 2018-ci il
Afrin yaxınlığında türk tankları, 23 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Afrindəki PYD terrorçuları şəhərdəki xəstəxananın türk döyüş təyyarələri tərəfindən bombalandığı şaiəsini yaymışdı

BAKI, 17 mart — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı, Suriyanın Afrin bölgəsində aparılan əməliyyat zamanı xəstəxananın bombalanması xəbərinə münasibət bildirib. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Türkiyə Hərbi Hava Qüvvələrinin Afrində xəstəxananı bombalamasına dair yayılan xəbərlər yalandır və həqiqəti əks etdirmir. Zeytun Budağı əməliyyatı mülki əhaliyə və ətraf mühitə zərər verilməyəcək şəkildə aparılır” — qərargahdan bildirilib.

Qeyd edək ki, Afrindəki PYD terrorçuları şəhərdəki xəstəxananın türk döyüş təyyarələri tərəfindən bombalandığı şaiəsini yaymışdı.

Xəbər lenti
0