Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 17 mart — Sputnik. Şəki rayonunun Şorsu kəndində dəhşətli olay baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, ötən gecə, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizovanın yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub. Güllə onun döş qəfəsini və qarın boşluğunu dəlib keçib. Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir.