Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Aptekə girdi, dərman əvəzinə pul apardı

CC0 / jarmoluk / DrugsDərman həbləri, arxiv şəkli
Dərman həbləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeronda aptek satıçısını şüşə parçası ilə hədələyib kassadakı 60 manatı aparan şəxs tutulub

BAKI, 17 mart — Sputnik. Martın 15-də Abşeron Rayon Polis İdarəsinə Novxanı qəsəbəsi ərazisindəki apteklərdən birində quldurluq faktı barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 18 radələrində Ağcabədi rayon sakini Elsevər Hüseynovun əczaçı işlədiyi aptekə gəlmiş naməlum şəxsin şüşə parçası ilə onu hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə apardığı müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əliağa Abdullayev saxlanılıb.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. 

Xəbər lenti
0