BAKI, 17 mart — Sputnik. Mingəçevirdə oğurluq hadisəsi baş verib. Hadisə şəhərin Aydın Məmmədov küçəsindəki 7 saylı binanın 4 saylı mənzilində qeydə alınıb.
Ev sahibi Sevda Abdullayeva ona məxsus mənzildən 30 min manatlıq qızıl-zinət əşyalarının oğurlanması barədə polisə müraciət edib. Abdullayevanın bildirdiyinə görə, hadisə axşam saatlarında baş verib.
Faktla bağlı araşdırma aparılır.