BAKI, 17 mart — Sputnik. Feyzavər Turan Alpsar Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunub.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, Feyzavər Alpsar görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin üçüncü övladırır və İstanbulda dünyaya gəlib.