“Bunu bizi ölkəyə gələn rusiyalı turistlərin sayında da görə bilərik. İldən-ilə Azərbaycana gələn miqrantların sayı artır. Bizim Rusiya ilə münasibətlərimizin intensiv olması turist sayında da öz əksini tapır. Azərbaycan Rusiyalı turistlər üçün maraqlıdır. Müxtəlif stendlərin, sərgilərin təşkil olunması, Rusiyadakı turizm şirkətləri ilə əlaqələrin qurulması Rusiyadan olan turistlərin Azərbaycana üz tutmasına səbəb olur. Düşünrəm ki, bu sahədə işi daha da gücləndirmək lazımdır” — deyə o bildirib.
Qeyd edək ki, 13-15 mart tarixlərində Moskvada keçirilən Beynəlxalq Səyahət və Turizm sərgisində (MİTT) Azərbaycan ayrıca stendlə təmsil olunub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yaradılan stenddə ölkəmizi 30-dan çox şirkət təmsil edib.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz