CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Apple" "iPhone" istehsalını dayandırdı

© AFP 2024 / PETER PARKSiPhone istifadəçisi, arxiv şəkli
iPhone istifadəçisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Hindistan bazarında Apple provayderləri arasında Vistron liderlik edir

BAKI, 17 mart — Sputnik. Apple iPhone istehsalını dayandırıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Apple şirkəti Çində yerləşən Kunşane zavodunda iPhone 8 Plus-un istehsalını 2 həftəlik müddətə dayandırıb.

Bunun səbəbi isə cihazın quraşdırılması ilə məşğul olan Vistron provayderinin sertifikatlaşdırılmamış komponentlərdən istifadə etməsi olub.

Nəşrin məlumatına görə, Apple etibarını geri qaytarmaq məqsədilə Vistron-un yüksək səviyyəli idarəçilərini cərimə edib. Cərimələrin fonunda Vistronun səhmləri 5 faiz ucuzlaşıb.

Xatırladaq ki, Vistron iPhone 8 Plus istehsalının 20 faizini həyata keçirir. 80 faizini isə güclü rəqib olan Fokson provayderi həyata keçirir.

Hazırda Hindistan bazarında Apple provayderləri arasında Vistron liderlik edir.

Xəbər lenti
0