Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yıxılan aktyor iy və dad bilmə duyğularını itirdi

CC0 / Foundry / HallwayБольничный коридор, фото из архива
Больничный коридор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxın dostları və fanatları aktyoru xəstəxanada ziyarət edərək ona təsəlli veriblər

BAKI, 17 mart — Sputnik. Ötən gün küçədə gedərkən ayağı sürüşüb yerə yıxılan türkiyəli aktyor Ahmet Çevik iy və dad bilmə duyğularını itirib. Yıxılarkən baş nahiyyəsi yerə möhkəm dəyən aktyor təcili xəstəxanaya aparılıb. Həyati təhlükəsi olduğu üçün əməliyyat olunan 45 yaşlı Çevik, böyük bədbəxtçiliklə qarşılaşıb. Əməliyyatdan sonra məlum olub ki, o artıq heç bir iy və dad bilmir.

Yaxın dostları və fanatları aktyoru xəstəxanada ziyarət edərək ona təsəlli veriblər.

Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, Ahmet Çevik 1972-ci ildə İstanbulda doğulub. Onun rol aldığı ən yadda qalan filmləri arasında "Olacak O Kadar", "Ayrılsak da Beraberiz", "Çarli İş Başında" və s. göstərmək olar.

Xəbər lenti
0