Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Deputatdan banklarla bağlı vacib təklif

© Photo : kanal24Əli Məsimli - iqtisadçı alim, millət vəkili
Əli Məsimli - iqtisadçı alim, millət vəkili - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Məsimli: "Bank sisteminin sağlamlaşdırılması təkcə Beynəlxalq Banka şamil edilməməlidir"

BAKI, 16 mart-Sputnik. "Bank sisteminin sağlamlaşdırılması qeyri-neft sektorunun inkişafı üçün çox önəmli olduğuna görə, məhz 2018-ci ildə bu məsələyə çox ciddi diqqət yetirilməlidir. Qeyri-neft sektorunun tərəqqisində, artım templərinin gücləndirilməsində bankların da rolu artmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Əli Məsimli deyib.

Onun sözlərinə görə, bank sisteminin sağlamlaşdırılması təkcə Beynəlxalq Banka şamil edilməməlidir: "Ümumilikdə bütün bank sisteminə şamil edilməsi istiqamətində addımların atılmasını təklif edirəm. Ənənəvi surətdə yüksək faizlər hesabına bankların nəsə qazanmasının perspektivi yoxdur".

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Beynəlxalq Bank büdcəni “yeyir”: gəlir və xərclər açıqlandı

Deputat bildirib ki, problemli kreditlər problemini həll etmədən Azərbaycanda bank sisteminin sağlamlaşdırılması mümkün deyil: "Bununla əlaqədar olaraq biz xüsusi təkliflər hazırlayıb aidiyyatı orqanlara göndərmişik. Burada mahiyyət ondan ibarətdir ki, bir qurumun üzərinə ağırlıq düşməsin. Xarici valyutada olan kreditlərin problemlərinin yumşaltmaqdan ötrü dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali bunun bir hissəsini öz üzərinə götürsün".

O, bildirib ki, martın 6-da Milli Məclisin iclasında prezident tərəfindən parlamentə göndərilmiş "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsinə baxılıb: "Hesab edirəm ki, problemli kreditlərlə bağlı da belə bir addım atılmalıdır. Ümid edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və digər orqanlar bizim bu təklifimizə cavab verəcəklər".

"Dövlət başçısı tərəfindən maaşların artırılması müsbət haldır. Hesab edirəm ki, bu artımlardan sonra təhsil haqqı və digər sahələrdə süni qiymət artımının olmaması da vacibdir" – deyə o qeyd edib.

Xəbər lenti
0