İnanılmaz: Rus turist dənizdə doğdu - FOTO

© Photo : SözcüSuda doğuş
Suda doğuş - Sputnik Azərbaycan
Abunə olmaq
Baş verənləri digər turistlər çəkərək sosial şəbəkələrdə paylaşıblar

BAKI, 16 mart — Sputnik. Misirin Sina Yarımadasındakı Dahabda dincələn turistlər qəribə hadisənin şahidi olublar. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, yapon turistlər hamilə rus qadının dənizdə doğduğunu görüblər.

Gənc qadın həyat yoldaşı ilə dənizə çimməyə daxil olub. Qadını həyat yoldaşından başqa, həkimi olduğu güman edilən daha bir nəfər müşayiət edib. Bir müddət sonra qadının həyat yoldaşı və həkim geri dönüb. Bu zaman turistlər həkimin əlində körpənin olduğunu görərək heyrətləniblər.

Az sonra yenicə ana olan gənc qadın da dənizdən çıxaraq onlara qoşulub.

Baş verənləri digər turistlər çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Xəbər lenti
0