BAKI, 16 mart — Sputnik. 20 – 25 mart Novruz Bayramı ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 26-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 "Çağrı" Mərkəzi vasitəsilə əldə edə bilərlər.