BAKI, 16 mart — Sputnik. ABŞ-ın Florida ştatında piyadalar üçün nəzərdə tutulan körpü insanların üzərinə düşüb. Sputnik Azərbaycan Miami Herald-a istinadla xəbər verir ki, çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.
Yeni tikilən körpü Mayaminin cənub-qərbindəki Beynəlxalq Universitetin kampusunun yaxınlığında yerləşirmiş. Yola düşən körpünün altında bir neçə maşının qaldığı bildirilir.
My Thoughts and prayers go out for those victims in Florida this state has been through a lot we need better and stronger infrastructure. #Miami pic.twitter.com/3xXsJ5s9AU
— Mark Kennedy (@MarkKenn4Trump) 15 марта 2018 г.
Bəzi məlumatlara görə, ən azı 6 nəfər ölüb, onlarla yaralanan var. Hadisə yerində xilasetmə işləri aparılır. İnsidentin səbəbləri məlum deyil.
Plana görə, körpü 2019-cu ildə istifadəyə verilməliymiş. Körpünü həm piyadalar, həm də sürücülər üçün daha təhlükəsiz olan innovativ modul üsulu ilə tikirmişlər.
Körpünün 950 tonluq növbəti hissəsi ötən şənbə günü qurulubmiş.
Colapsa puente en #Miami Fl.
— Victor Cabrera (@victorcabreramx) 15 марта 2018 г.
Esto sobre peatones y vehículos, se reportan heridos.
VCN Noticias pic.twitter.com/5ippXj8jOZ