BAKI, 15 mart — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Rusiya ilə yeni “soyuq müharibə” istəmədiklərini bilirib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, baş katib NATO-nun 2017-ci il üçün fəaliyyəti ilə bağlı illik hesabatı təqdim edərkən, yeni silahlanma yarışında maraqlı olmadıqlarını vurğulayıb: “Biz Rusiya ilə predmetli dialoqa can atacağıq”.
Onun sözlərinə görə, Rusiya-NATO Şurasının yeni iclasının keçirilməsi üçün iş aparılır.