İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 15 mart — Sputnik. Bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı km-liyində yenidən çökmə meydana gəlib. Bu barədə Sputnik Azərbaycan-ın hadisə yerində olan bölgə müxbiri xəbər verir.
Təhlükəli vəziyyət alan yolun Şamaxı ərazisindən keçən hissəsində asfalt örtüyündə iri çatlar meydana gəlib və avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi yararsız vəziyyətə düşüb. Nəticədə yolun bir hissəsi bağlanıb və bu yolla hərəkət edən insanların narazılığına səbəb olub.
Yaranmış çatların ümumi uzunluğu 10-15 metr olub. Sakinlər bildirirlər ki, yolun keçdiyi ərazi dəfələrlə sürüşməyə məruz qalsa da, istiqamət dəyişdirilmək əvəzinə, yol yenidən həmin ərazidən salınıb.
Qeyd edək ki, hazırda 8 saylı Yol İstismar İdarəsinin əməkdaşları ərazidə iş aparır. Ətaziyə texnika, canlı qüvvə cəlb olunub və problem aradan qaldırılırvə problemin böyük hissəsi aradan qaldırılıb.