BAKI, 15 mart — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 5661 İİV-ə (İnsanda İmmunçatışmazlığı Virusu) yoluxmuş insan var. Onlardan 4028-i kişi, (71,4%) 1633-ü (28,6%) isə qadındır.
Azərbaycanda İİV-ə yoluxma faktı ilk dəfə 31 il bundan əvvəl qeydə alınıb.
Səhiyyə Nazirliyinin məlumatında yoluxmuş şəxslərin əksəriyyətinin orta yaşlı kişilər olduğu bildirilir. Bu xəstəliyin daşıyıcıları ilə bağlı Sputnik Azərbaycan-ın infoqrafiyasında ətraflı tanış ola bilərsiz.