Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bayramlı: “Qida təhlükəsizliyi bizim ümummilli məsələmizdir”

© Sputnik / Murad OrujovQida Təhlükəsizliyi Agentliyinin Risklərin idarə olunması şöbəsinin rəisi Xalid Bayramlı
Qida Təhlükəsizliyi Agentliyinin Risklərin idarə olunması şöbəsinin rəisi Xalid Bayramlı - Sputnik Azərbaycan
Abunə olmaq
Qida Təhlükəsizliyi Agentliyinin Risklərin idarə olunması şöbəsinin rəisi Xalid Bayramlı deyir ki, xoşagəlməz hadisələrin qarşısını almaq üçün kadr potensialımızı gücləndiririk

Xalid Bayramlı: “QTA qida təhlükəsizliyinə nəzarətin artırılması üçün yaradılıb”
“Əhalinin etibarlı qida məhsulları ilə təmini dövlətimizin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir”. Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində təşkil edilmiş tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin Risklərin idarə olunması şöbəsinin rəisi Xalid Bayramlı deyib.

“İndiyə qədər bu sahədə nəzərəçarpacaq işlər görülüb. Təbii ki, bu işlərin davamı kimi qida təhlükəsizliyinə nəzarətin artırılması üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bizim başlıca fəaliyyət istiqamətimiz qida təhlükəsizliyi sahəsində milli standartların beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Xoşagəlməz hadisələrin qarşısını almaq üçün texniki bazamızı və kadr potensialımızı gücləndiririk. Çünki qida təhlükəsizliyi bizim ümummilli məsələmizdir”, — deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev 13 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Xalid Bayramlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz:

Xəbər lenti
0