BAKI, 15 mart — Sputnik. Birləşmiş Millətlər Təşkilatının hümanitar yardım koordinasiya ofisinin Sudandakı şöbəsindən yayılan məlumata görə, ölkədə hümanitar yardıma möhtac insan sayında artım qeydə alınıb.
Sputnik Azərbaycan TRT-yə istinadən bildirir ki, humanitar yardıma möhtac olanların sayı ötən illə müqayisədə 0,7 milyon artaraq 5,5 milyona çatıb. Xüsusilə sel və quraqlıq kimi təbii fəlakətlər ərzaq təhlükəsizliyinə mənfi təsir edir.
BMT-nin hesabatına görə, ölkədəki əsas humanitar ehtiyaclar müxtəlif amillər səbəbindən təmin edilə bilmir. Hər il Sudanda 2,47 milyon uşaq aclıqdan qaynaqlanan xəstəliklərdən əziyyət çəkir
"Hazırda 1,2 milyon qaçqının təcili hümanitar yardıma ehtiyac var" — hesabatda vurğulanıb.