CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu kəndlərin yol problemi həll olunur

© Sputnik / Shahperi AbbasovaQax-Qıpçaq-Üzümlü avtomobil yolunda yenidənqurma işləri
Qax-Qıpçaq-Üzümlü avtomobil yolunda yenidənqurma işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Təmir iyul-avqust aylarına başa çatacaq

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Qax-Qıpçaq-Üzümlü avtomobil yolunun yenidənqurulması işlərinə başlanılıb.

© Sputnik / Shahperi AbbasovaQax-Qıpçaq-Üzümlü avtomobil yolunda yenidənqurma işləri
Qax-Qıpçaq-Üzümlü avtomobil yolunda yenidənqurma işləri - Sputnik Azərbaycan
Qax-Qıpçaq-Üzümlü avtomobil yolunda yenidənqurma işləri

"Azəravtoyol" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, yolun uzunluğu 33 km-dir. Kəndlərə giriş yolları 11,5 km, ümumi uzunluq isə 44,5 km olacaq. Həmin yol 8 mindən çox əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirir. Həmçinin, uzunluğu 12 metr və 60 metr olan Əyriçay və Dəmiryol xəttinin yaxınlığındakı çayın üzərində körpü inşa ediləcək. Bundan əlavə, 40 ədəd su ötürücü boru yeniləri ilə əvəz olunacaq.

© Sputnik / Shahperi AbbasovaQax-Qıpçaq-Üzümlü avtomobil yolunda yenidənqurma işləri
Qax-Qıpçaq-Üzümlü avtomobil yolunda yenidənqurma işləri  - Sputnik Azərbaycan
Qax-Qıpçaq-Üzümlü avtomobil yolunda yenidənqurma işləri

Məlumatda bildirilir ki, yol IV texniki dərəcəlidir. Hazırda 7 km hissədə torpaq yatağı tam tikilib, hazır vəziyyətdədir. Tikinti işləri davam edir. Yolun I-III km-liyində 0, III km-liyində isə dağ hissəsindən keçən ərazidə istinad divarları tikilir.

Qeyd edək ki, təmir iyul-avqust aylarına başa çatacaq.

Xəbər lenti
0