Azərbaycan dövlətindən Türkiyənin Afrin əməliyyatına dəstək

© Photo : AAƏli Həsənov Anadolu Agentliyinin İdarə Heyətinin sədri və baş direktoru Şenol Kazancı və TRT kanalının baş direktoru İbrahim Eren ilə görüşündə
Əli Həsənov Anadolu Agentliyinin İdarə Heyətinin sədri və baş direktoru Şenol Kazancı və TRT kanalının baş direktoru İbrahim Eren ilə görüşündə - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Həsənov: "Türkiyənin yanında olaraq onun mövqeyini daha da gücləndimək istəyirik"

BAKI, 15 mart — Sputnik. "Terrorçulara qarşı aparılan mübarizəni Türkiyənin haqlı davası kimi dəyərləndiririk. Bu mübarizəni Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunmasına yönəlmiş addım kimi qiymətləndirik".

© Photo : AAƏli Həsənov Anadolu Agentliyinin İdarə Heyətinin sədri və baş direktoru Şenol Kazancı və TRT kanalının baş direktoru İbrahim Eren ilə görüşündə
Əli Həsənov Anadolu Agentliyinin İdarə Heyətinin sədri və baş direktoru Şenol Kazancı və TRT kanalının baş direktoru İbrahim Eren ilə görüşündə  - Sputnik Azərbaycan
Əli Həsənov Anadolu Agentliyinin İdarə Heyətinin sədri və baş direktoru Şenol Kazancı və TRT kanalının baş direktoru İbrahim Eren ilə görüşündə

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Anadolu Agentliyi"nin rəhbəri Şenol Kazancı və TRT-nin rəhbəri İbrahim Ərənlə görüşü zamanı deyib.

"Bu düşüncələrimizi dünyaya açıq şəkildə çatdırırıq. Heç kimdən çəkinmirik və tam əksinə Türkiyənin yanında olaraq onun mövqeyini daha da gücləndimək istəyirik" — deyən Ə.Həsənov bildirib ki, Azərbaycan prezidenti Türkiyə prezidentinin siyasətini, Afrində həyata keçirilən əməliyyatları dəstəkləyir.

Qeyd edək ki, bu il yanvarın 21-dən etibarən Türkiyə ordusu Suriyanın Afrin bölgəsində "Zeytun budağı" adlı əməliyyat keçirir. İndiyədək bölgədə 3 mindən artıq PYD/YPG/İŞİD terrorçusu zərərsizləşdirilib.

Xəbər lenti
0