CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda məhkəmədən çıxaraq özünü öldürən musiqiçi kimdir?

© Photo : Facebook / Pircan HasanovPircan Həsənov
Pircan Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
“Məhkəmədən evə qayıdan Pircan dostlarına zəng edərək sabah həbs olunacağını deyib”

BAKI, 15 mart — Sputnik. Bakıda intihar hadisəsi baş verib. Sputnik Azərbaycan lent.az-a istinadla xəbər verir ki, Yasamal rayon sakini Həsənov Pircan Nurməmməd oğlu sirkə turşusu içərək özünü zəhərləyib.

Xəstəxanaya yerləşdirilən kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Məlum olub ki, Bəşir Səfəroğlu küçəsində sirkə içərək özünü zəhərləyən və xəstəxanada vəfat edən 44 yaşlı Pircan Həsənov Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintezator ifaçısı olub. Mərhumun yaxınlarının verdiyi məlumata görə, P.Həsənovun barəsində polisdə bir müddət əvvəl etdiyi davaya görə araşdırma aparılırmış.

Onun özünü öldürməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. P.Həsənov özünü zəhərləyərkən evdə tək olub. Hadisə barədə ilk olaraq qonşular xəbər tutub və onun yaxınlarına məlumat verib. 1 saylı şəhər Klinik xəstəxanasına yerləşdirilən musiqiçi orada ölüb.

London polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Şahzadə hava limanında intihar etdi - VİDEO

Mərhum musiqiçinin qardaşı Gülməmməd Həsənov criminal.az saytına açıqlamasında bildirib ki, Pircanı bəzi insanlar yaşamaqdan bezdirib: ''Ötən ilin yayında Pircanla qonşu Sərman Bağırov arasında mübahisə olmuşdu. Qonşular onları ayıraraq sakitləşdirib, sonra həmin Sərmanın ana-bacısı qardaşımın üstünə gəlib. Onlar Pircana hücum edib, öz həyətlərinə salmaq istəyiblər. Həmin vaxt qaçan Sərman Bağırov sürüşərək yıxılıb və ayağı sınıb. Bunun şahidləri də var. Bütün şahidlər də bölməyə çağırılaraq dindirilib. Bundan sonra Sərmanın atası Pircanı polisə verib. Polisdən Pircana barışıq təklif olundu. Biz də həmin ailəyə gedib barışıq təklif etdik. Biz 2000-2500 manat verməyə imkanımız olduğunu dedik. Onlar isə 9000 manat istədilər. Anamla ikinci dəfə onların qapısına getdik. Bizi qovdular, dedilər ki, aşağısı 8 min manat müalicə xərcini verin, sonra barışıq barədə danışarıq. Razılıq olmadığından, bölmə rəisi əsəbiləşdi və işi məhkəməyə göndərdi''.

G.Həsənov deyir ki, qardaşı rəhmətə getməmişdən bir gün qabaq, yəni martın 13-də məhkəməsi olub: ''Pircan məhkəməyə özü gedib. Zərərçəkən məhkəməyə gəlməyib. Vəkili deyib ki, guya yataqdadır. Halbuki hər gün VAZ-2107 maşını ilə taksi fəaliyyətindədir. Məhkəmədə Pircanı sıxışdırıblar, 2 ildən 8 ilədək həbs cəzası oxuyublar, 26 min manat da pul tələb olunub. Bu məbləğdən 6 mini müalicə xərcləri, yerdə qalanı isə 10 ay işləmədiyinə görə. Deyiblər ki, ola bilsin, sabah həbs ediləcəksən. Məhkəmədən evə qayıdan Pircan dostlarına zəng edərək sabah həbs olunacağını deyib”.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0