Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda səs-küy salan şəxsə 2500 manat məbləğində cərimə kəsildi

© Sputnik / Murad OrujovPul sayan qadın, arxiv şəkli
Pul sayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Köhnə ventilyatorların sökülüb müasir ventilyatorlarla əvəz olunması üçün sex sahibinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib

BAKI, 14 mart — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar Xətt"inə Sabunçu rayonu, Maştağa qəsəbə sakini Telli Məlikova tərəfindən laminat sexindən gələn səs-küy ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a ETSN-in mətbuat xidmətindən məlumat verilib.

Наручники и пачки денег на столе, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda reyd keçirildi, bir nəfərə 800 manat cərimə yazıldı

Bildirilib ki, ETSN-in mütəxəssisləri tərəfindən Maştağa qəsəbəsi, Ramana gülçülük sovxozu ərazisində yerləşən sexdə aparılan ölçmə işləri nəticəsində sexdə işləyən iri həcmli köhnə ventilyatorların yaratdığı səs–küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.

Faktla bağlı sexin sahibi Elxan Feyzullayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Köhnə ventilyatorların sökülüb müasir ventilyatorlarla əvəz olunması üçün sex sahibinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.

Xəbər lenti
0