Rəsmi Ankara Trampın radikal qərarına reaksiya verdi

© AP Photo / Lefteris PitarakisГлава МИД Турции Мевлют Чавушоглу жмет руку госсекретарю США Рексу Тиллерсону в ходе пресс-конференции после их встречи в Анкаре, Турция, 30 марта 2017 года
Глава МИД Турции Мевлют Чавушоглу  жмет руку госсекретарю США Рексу Тиллерсону в ходе пресс-конференции после их встречи в Анкаре, Турция, 30 марта 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir Binəli Yıldırım Azərbaycana səfəri öncəsində Esenboğa Hava Limanında açıqlama verib

BAKI, 14 mart — Sputnik. ABŞ prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu vəzifədən uzaqlaşdırmasına Türkiyədən münasibət bildirilib. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bu barədə baş nazir Binəli Yıldırım Azərbaycana səfəri öncəsində Esenboğa Hava Limanında açıqlama verib.

Reks Tillerson - Sputnik Azərbaycan
Tramp Tillersonu dövlət katibi postundan qovdu

Hökumət başçısı bildirib ki, ABŞ-Türkiyə əlaqələri şəxslərə bağlı deyil: "İki ölkə arasındakı münasibətlər şəxslərə bağlı deyil. Mexanizmlər vasitəsilə tənzimlənir".

Qeyd edək ki, martın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Menbiç məsələsi ilə bağlı ABŞ-ın istefaya göndərilən dövlət katibi Reks Tillersonla görüşməli idi. Yeni dövlət katibi Mayk Pompeonun Çavuşoğlu ilə görüşüb-görüşməyəcəyi isə hələlik bilinmir.

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifədən azad edib. Bu barədə Tramp özünün Twitter səhifəsində yazıb. Ağ ev rəhbəri bu vəzifəyə təyin olunan şəxsin kimliyini də açıqlayıb. Belə ki, Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonu dövlət katibi vəzifəsinə təyin edib.

Daha sonra Tramp Tillersonu nə üçün işdən çıxardığına belə aydınlıq gətirib: "Tillersonla İranın nüvə məsələsində anlaşa bilmirdik. Qırılma nöqtəsi də məhz bu oldu. Pompeo ilə fikrimiz eynidir. Uzun zamandır bu məsələni müzakirə edirdik".

Ağ Evdən bildirilib ki, Donald Tramp, Şimali Koreya ilə danışıqlar başlayanadək yeni komanda formalaşdırmaq niyyətindədir.

Xəbər lenti
0