BAKI, 14 mart — Sputnik. ABŞ prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu istefaya göndərdiyi barədə xəbər vermişdik. Tramp bu barədə özünün Twitter səhifəsində məlumat yaymışdı.
Sputnik Azərbaycan ABŞ mətbuatına istinadən xəbər verir ki, bu dəfə Tramp Tillersonu nə üçün işdən çıxardığına aydınlıq gətirib.
“Tillersonla İranın nüvə məsələsində anlaşa bilmirdik. Qırılma nöqtəsi də məhz bu oldu. Pompeo ilə fikrimiz eynidir. Uzun zamandır bu məsələni müzakirə edirdik” – prezident vurğulayıb.
Ağ Evdən bildirib ki, Donald Tramp Şimali Koreya ilə danışıqlar başlayanadək yeni komanda formalaşdırmaq niyyətindədir.