"Qanlı gölməçələr"ə son: Şəhərin ortasında ət kəsənlərin qara günləri başlayır

Bakıda ət kəsimi, arxiv şəkli
Bakıda ət kəsimi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
QTA: Heyvanların və quşların kəsilib satılması üçün yaxın zamanlarda xüsusi yerlər yaradılacaq

BAKI, 14 mart — Sputnik. Heyvanların və quşların kəsilib satılması üçün yaxın zamanlarda xüsusi yerlər yaradılacaq.

Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Risklər İdarəsinin şöbə rəisi Xalid Bayramlı martın 14-də Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ərəfəsində Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Hər bir rayonda qəbul olunmuş standartlara uyğun sallaqxanalar fəaliyyət göstərəcək. Sallaqxananın yerləşdiyi yerin minimal kvadratı, avadanlıqlar nəzərə alınacaq, eləcə də ətin keyfiyyətinin müəyyən edilməsi üçün laboratoriya fəaliyyətdə olacaq" — deyə Bayramlı bildirib. 

Quba rayonunun girişi - Sputnik Azərbaycan
HADİSƏ
Küçələrdə leşlər, ətrafda qan və üfunət - Qubada nə baş verir?

Agentliyin nümayəndəsi qeyd edib ki, bir çox alıcılar gözləri qabağında kəsilən əti almağa üstünlük verirlər. Lakin bu zaman heyvanın nə dərəcədə sağlam olduğunu, onun ətinin istehlak üçün yararlı olub-olmadığını müəyyən etmək mümkün deyil.

Bayramlı Sputnik Azərbaycan-ın "Agentliyin bu addımı mövcud sallaqxanaların bağlanmasına səbəb olmayacaq ki?" sualına da cavab verib.

"Qəbul olunmuş həll yolu hazırda fəaliyyət göstərən sallaqxanaların sahibkarlarına qarşı yönəlməyib, istehlakçıların hüquqlarının müdafiəsi məqsədi daşıyır. Onlar heyvanları sallaqxanaya gətirəcək, orada kəsdikdən sonra istədikləri yerdə aparıb sata biləcəklər" — deyə Bayramlı bildirib.

Onun sözlərinə görə, agentlik heyvanların identifikasiyasını da həyata keçirəcək. Bundan sonra heyvanın haradan alındığı, baytarlıq diaqnostikasından keçib-keçmədiyi barədə ətraflı informasiya əldə etmək mümkün olacaq. 

Restoran mətbəxində ət parçası, arxiv şəkli - Sputnik Azərbaycan
İnsan əti satılan ilk restoran açıldı...

Bayramlı deyib ki, ət və balıq yüksək riskli ərzaqlar kateqoriyasına daxildir. Müvafiq laboratoriyaların rəyini almadan onlar istehlak bazarına çıxarılmayacaq.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 13 noyabr 2017-ci ildə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Həmin fərmana əsasən "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu"nun təsdiqi nəzərdə tutulub. Burada həmçinin AR-nın Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yaradılması əksini tapıb.

Xəbər lenti
0