BAKI, 14 mart — Sputnik. "Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi və Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğunda seçki məntəqələri yaradılıb".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov məlumat verib.
O bildirib ki, müvafiq seçki komissiyalarının Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi və Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğunda iclasları keçirilib, iclaslarda komissiyanın sədri, katibi və üzvləri seçilib.
Abu-Dabi şəhərində yaradılmış seçki məntəqəsində 78 seçici, Dubay şəhərində isə 197 seçici qeydiyyatdan keçib.