Ölkə vətəndaşlarının diqqətinə!

© Sputnik / Taleh MahmudovТуманная погода в Баку
Туманная погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik sabaha hava proqnozunu açıqlayıb

BAKI, 14 mart — Sputnik. Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. 

На Баку обрушился ливень - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hava xəbərdarlığı: Yağış, külək, qar

Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 7-11, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0