Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda iki qardaş arasında qorxulu oyun

CC0 / jasongillman / WeaponМужчина с охотничьим ружьем в руках. Архивное фото
Мужчина с охотничьим ружьем в руках. Архивное фото - Sputnik Azərbaycan
Xaçmazda on yaşlı uşaq on üç yaşlı qardaşını güllələyib

BAKI, 14 mart — Sputnik. Xaçmazda 13 yaşlı oğlan az qala atasının məsuliyyətsizliyinin və səhlənkarlığının qurbanı olacaqdı. Belə ki, kiçik qardaş böyük qardaşını evin divarından asılmış ov tüfəngi ilə güllələyib.

Polis Şöbəsinin növbətçi hissəsi - Sputnik Azərbaycan
HADİSƏ
Rayonda dəhşətli intihar: Gənc öz beynini dağıtdı

Bu barədə Sputnik Azərbaycan-a Xaçmaz Rayon Polis İdarəsindən məlumat verilib. İnsident martın 13-də, gündüz saatlarında Şıxıyevlər ailəsində baş verib. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına odlu silahdan açılan atəş nəticəsində ayağından yaralanmış yerli sakin, 2005-ci il təvəllüdlü Rəvan Şıxıyev gətirilib.

Araşdırma zamanı məlum olub ki, 13 yaşlı Rəvan və onun 10 yaşlı qardaşı evdə bir-birilə oynayırmış. Oyun zamanı Rəvan digər otağa qaçaraq qapını arxadan bağlayıb ki, qardaşı ora daxil ola bilməsin. Amma balaca qardaş atasının divardan asılan ov tüfəngini götürərək ondan atəş açıb. Bu zaman tüfəngin içində dolu patron var imiş. Güllə qapını deşərək böyük qardaşın ayağına dəyib.

Faktla bağlı araşdırma davam edir. Qardaşı tərəfindən güllələnən Rəvanın isə vəziyyəti normaldır.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала