"Ərdoğan NATO-nun əsl üzünü xalqa göstərdi"

© REUTERS / Yves HermanФлаг НАТО перед штаб-квартирой Альянса в Брюсселе, фото из архива
Флаг НАТО перед штаб-квартирой Альянса в Брюсселе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polkovnik, NATO-nu sərt tənqid edən prezident Rəcəb Tayyib Ərdoğanın haqlı olduğunu söyləyib

BAKI, 14 mart — Sputnik. NATO Amerika üçün çalışan və sadəcə onun əmrlərini yerinə yetirən pərdəarxası təşkilatdır. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bunu türkiyəli keçmiş polkovnik Coşkun Rehber özəl telekanala açıqlamasında deyib.

"Biz NATO-da ən güclü orduya sahib ikinci dövlətik. Amma indiyədək onlardan elə də ciddi kömək görmədik. Əksinə, hər zaman hərbi çevrilişlər, sanksiyalar, müdafiə sənayemizdə yubatmalara səbəb oldular. Çağırdıqları hər yerə getdik, hətta Koreya kimi dəhşətli müharibəyə, Əfqanıstana, Somaliyə, Balkanlara və s. Ancaq bizim çağırdığımız yerə onlar heç zaman gəlmədilər" – keçmiş hərbçi bildirib.

Polkovnik C.Rehber, son vaxtlar NATO-nu sərt tənqid edən prezident Rəcəb Tayyib Ərdoğanın haqlı olduğunu söyləyib: "Bəzi dar düşüncəli, zəif iradəli dırnaqarası politoloqlar, Ərdoğanın NATO-ya qarşı işlətdiyi ifadələri düzgün hesab etmirlər. Əslində prezident NATO-nun əsl üzünü ortaya çıxarmaq üçün bunu edir. Xalqa həqiqətin nə olduğunu, əslində NATO-nun kimə qulluq elədiyini eşitdirir".

Xəbər lenti
0