Daha bir dahini itirdik

© AP Photo / Matt DunhamВсемирно известный английский физик-теоретик Стивен Уильям Хокинг
Всемирно известный английский физик-теоретик Стивен Уильям Хокинг - Sputnik Azərbaycan
Abunə olmaq
Alim bu gün səhər saatlarında Kembricdəki evində dünyasını dəyişib

BAKI, 9 mart — Sputnik. Dünya şöhrətli britaniyalı alim, kvant fizikasının dahisi Stiven Hokinq 77 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alim bu gün səhər saatlarında Kembricdəki evində vəfat edib.

Lütfi Zadə - Sputnik Azərbaycan
HADİSƏ
Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib

Hokinqin 22 yaşı olanda həkimlər ona amyotrofik lateral skleroz diaqnozunu qoymuşdular. Həkimlər belə düşünürdülər ki, onun 2-3 il ömrü qalıb. Ancaq proqnozlar özünü doğrultmadı və alim öz elmi işləri ilə məşğul olmağa davam etdi.

İki dəfə evlənən ailimin 3 övladı var. 1998-ci ildə o, "Zamanın kiçik tarixi" kitabını nəşr etdirdi. Bu kitab 10 milyon tirajla çap edilmişdi. Kitabda kainatın yaranması, məkan və zamanın təbiəti, qara deşiklər və superstrinqs nəzəriyyəsi haqqında danışılırdı.

Hətta tamamilə iflic vəziyyətdə olan Hokinq fəal bir həyat sürürdü — elmlə məşğul olurdu, mühazirələr edirdi və kompüter danışma sintezatoru vasitəsi ilə dünya ilə ünsiyyətdə idi.

2015-ci ildə S.Hokinqin həyatından bəhs edən "Stiven Hokinqsin kainatı" filmi lentə alınıb.

Xəbər lenti
0