Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İyirmi yeddi yaşlı qızı avtomobil vurdu

CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Xəsarət alan qız onu vuran sürücü tərəfindən xəstəxanaya çatdırılıb”

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 14 mart – Sputnik. Axşam saatlarında Cəlilabad rayonu ərazisində avtomobillə piyadanın vurması qeydə alınıb. Sputnik Azərbaycan-ın Cənub bürosunun verdiyi məlumata əsasən, Cəlilabadın Abdullu kəndi ərazisində “VAZ 2107” markalı avtomobil kənd sakini, 1991-ci il təvəllüdlü Quliyeva Əfsanə Əlimərdan qızını vurub. Nəticədə Ə.Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan qız onu vuran sürücü tərəfindən Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırılıb.  Hazırda Ə.Quliyevaya xəstəxanada yardım göstərilir. 

Baş vermiş hadisə ilə bağlı araşdırma davam etdirilir.

Xəbər lenti
0