"Xəzər" TV-nin əməkdaşı sərbəst buraxıldı

© Sputnik / Rahim MuradovLənkəran Rayon Şöbəsinin əməkdaşları
Lənkəran Rayon Şöbəsinin əməkdaşları - Sputnik Azərbaycan
Abunə olmaq
O, bir neçə saat saxlanıldıqdan sonra azad edilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Bu gün səhər saatlarında Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan "Xəzər" Televiziyasının Cənub bölgəsi üzrə müxbiri Elvin Əkbərov sərbəst buraxılıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, E.Əkbərov hazırda evindədir.

Xatırladaq ki, E.Əkbərov bu gün Lənkəran Mərkəzi Rayon Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən Lənkəran polisləri tərəfindən tutulmuşdu.

Xəbər lenti
0