Türkiyədə ağır qəza baş verib, ölənlər və yaralananlar var

© Photo : NTVSərnişin avtobusu yol kənarında dayanan yük maşını ilə toqquşaraq yanıb
Sərnişin avtobusu yol kənarında dayanan yük maşını ilə toqquşaraq yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı 6 nəfər həyatını itirib, 19 nəfər xəsarət alıb

BAKI, 13 mart — Sputnik. Türkiyədə ağır yol qəzası baş verib. Hadisə Çorum vilayətinin Osmancık rayonu ərazisində yaşanıb.

Sputnik Azərbaycan "A Haber"ə istinadən xəbər verir ki, sərnişin avtobusu yol kənarında dayanan yük maşını ilə toqquşaraq yanıb.

Hadisə zamanı 6 nəfər həyatını itirib, 19 nəfər xəsarət alıb. Polis faktla bağlı araşdırma aparır.

Xəbər lenti
0