Afrinin mərkəzi tam mühasirəyə alındı, həlledici məqam yaxınlaşır

© REUTERS / Khalil AshawiAfrin
Afrin - Sputnik Azərbaycan
Abunə olmaq
Afrin vilayətinə bağlı 217 yaşayış məntəqəsi və strateji yüksəklik terrorçulardan azad olunub

BAKI, 13 mart — Sputnik. Suriyanın Afrin bölgəsində davam edən "Zeytun budağı" əməliyyatı nəticəsində 3393 terrorçu məhv edilib. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı məlumat yayıb.

"Yanvarın 20-dən bu yana davam edən əməliyyat nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 3393 terrorçusu məhv edilib, Qurudan və havadan endirilən zərbələr zamanı PYD-nin yüzlərlə sığınacağı, anbarı və hədəfi dağıdılıb" — TSQ-dan bildirilib.

Həmçinin Afrin vilayətinə bağlı 217 yaşayış məntəqəsi və strateji yüksəklik terrorçulardan azad olunub. Hazırda şəhər tam mühasirəyə alınıb.

Xəbər lenti
0