Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Salyanda ağır yol qəzası: 2 nəfər ölüb

CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Salyanda iki avtomobil toqquşub, ölənlər və xəsarət alan var

BAKI, 12 mart — Sputnik. Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Qaraçala qəsəbəsinin ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-21099" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər hadisə yerində ölüb və bir nəfər ağır bədən xəsarətləri alıb. 

Yaralı — Salyan rayonunun Yolüstü kənd sakini, 1983-cü il təvəllüdlü Pərviz İsa oğlu Qaraxanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdımalara başlanılıb. 

Xəbər lenti
0