Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 12 mart — Sputnik. Ölkənin şimal regionuna qar yağıb. Dünən gecə saatlarından yağmağa başlayan qar hələ də davam edir. Qarın ən çox yağdığı ərazilər Xızı, Quba və Şabran rayonlarıdır. Xızının Altıağac qəsəbəsinə 10 sm, Qubanın dağ kəndlərinə, əsasən də Xınalığa 25 sm və Şabranın Çuxurəzəmi kəndinə isə 8 sm qar yağıb.
© Sputnik / Leyla AbdullayevaQubanın Xınalıq kəndinə yağan qar
1/3
© Sputnik / Leyla Abdullayeva
Qubanın Xınalıq kəndinə yağan qar
© Sputnik / Leyla AbdullayevaQubanın Xınalıq kəndinə yağan qar
2/3
© Sputnik / Leyla Abdullayeva
Qubanın Xınalıq kəndinə yağan qar
© Sputnik / Leyla AbdullayevaQubanın Xınalıq kəndinə yağan qar
3/3
© Sputnik / Leyla Abdullayeva
Qubanın Xınalıq kəndinə yağan qar
1/3
© Sputnik / Leyla Abdullayeva
Qubanın Xınalıq kəndinə yağan qar
2/3
© Sputnik / Leyla Abdullayeva
Qubanın Xınalıq kəndinə yağan qar
3/3
© Sputnik / Leyla Abdullayeva
Qubanın Xınalıq kəndinə yağan qar
Qubanın Xınalıq kəndindən Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, qarın yağması bir neçə fəsadlara yol açıb. Xınalıq yolu qismən bağlanıb. Kəndə gediş-gəliş çətinləşib, internet davamlı olaraq kəsilir. Şagirdlərin məktəbə getməsində də çətinliklər yaşanıb.