CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ofisdə olan mikroblar tualetdə olan mikroblardan daha çoxdur

CC0 / markusspiske / ComputerOfisdə iş yeri, arxiv şəkli
Ofisdə iş yeri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
9 faiz işçi heç vaxt təmizlik işi görmədiyini deyib.

BAKI, 12 mart — Sputnik. Alimlər araşdırma apararaq belə bir qənaətə gəliblər ki, ofisdə olan mikroblar bəzən tualetdə olan mikroblardan daha çoxdur.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, araşdırma İngiltərədə aparılıb. Məlum olub ki, çox vaxt işçilər ofislərində təmizlik işləri görmürlər. Ofisdə təmizlik işləri görməyən, iş masasını təmizləməyən işçi həm özünü, həm də iş yoldaşlarını təhlükə altına atır. Belə ki, təmizlik aparılmayan iş masasının üzərində çoxlu sayda bakteriyalar olur. Sorğuda iştirak edən 10 faiz işçi ayda bir dəfə iş masasını və yeri təmizlədiyini bildirib. 9 faiz işçi isə heç vaxt təmizlik işi görmədiyini deyib.

İş masasında və kompüterin üzərində hər kvadratda minlərlə bakteriya yaşayır. Klaviaturada hər kvadrata 510, əl siçanında 250 bakteriya düşür. Ən çox mikroorqanizm olan yer isə ofis telefonudur.

Bunları nəzərə alaraq müxtəlif xəstəliklərdən qorunmaq üçün ofisdə ən azı həftədə bir dəfə təmizlik işləri aparılmalıdır.

Xəbər lenti
0