BAKI, 12 mart — Sputnik. Cəlilabadda 9 yaşlı uşaq göldə boğulub. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü Nicat Müşfiq oğlu Mənsimov balıq tutmaq istəyərkən ayağı sürüşüb və gölə düşüb.
Meyit sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.