Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tanınmış aparıcı Bakıda küçənin ortasında naməlum kişi tərəfindən döyülüb

Abunə olmaq
Naməlum kişi Azərbaycanın populyar aparıcısı Sevinc Camalovaya küçənin ortasında əl qaldırıb

BAKI, 12 mart — Sputnik. Naməlum kişi Azərbaycanın populyar aparıcısı Sevinc Camalovaya küçənin ortasında əl qaldırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Camalova özü Instaqram səhifəsində yazıb. O, statusunda başına gələn əhvalatı yazaraq qızları küçədə ehtiyatlı olmağa çağırıb.

Onun sözlərinə görə, maşını küçədə saxlayıb oğlu Muradı götürmək üçün uşaq bağçasına gedirmiş. Elə bu vaxt küçədə tanımadığı bir adam maşınını saxlayaraq aparıcını nalayiq sözlərlə təhqir etməyə başlayıb. Onu döyəcəyi ilə hədələyib. Bir müddət sonra qadın başa düşüb ki, kişi onu maşını küçədə saxladığı üçün söyür və deyir ki, bu küçədə maşın saxlamasın.

"Xeyli millət — taşamaçı yığılandan sonra bu kişi mənim üstümə cumdu və üzümdən vurdu. Bəli, vurdu. Xatırladım ki, bu, günorta vaxtı şəhərin mərkəzi küçəsində baş verib" — deyən Camalova başına gələn bu əhvalatdan sonra özünə gələ bilmədiyini qeyd edib.

Polisə müraciət etdiyini və nəticəni gözlədiyini vurğulayan aparıcı "Əziz dostlar, ehtiyatlı olun, küçədə gəzmək təhlükəlidir" — deyə bildirib.

Sevinc Camalova "Space" telekanalının keçmiş aparıcısıdır.

Xəbər lenti
0