CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“iPhone” ilə bağlı “ən axmaq” açıqlama

© AFP 2024 / Chris J RatcliffeiPhone X
iPhone X - Sputnik Azərbaycan
Abunə olmaq
Proqramçı müasir səsli yardımçını axmaqlıq adlandırıb

BAKI, 11 mart — Sputnik. “iPhone” telefonlarında “Siri” əlavəsinin yaradıcısı Norman Vinarski “Apple” şirkətini onun yaratdığı proqramın tətbiq formasını tənqid edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, proqramçı müasir səsli yardımçını axmaqlıq adlandırıb.

O qeyd edib ki, korporasiya bütün imkanlarına baxmayaraq, son 5 il ərzində məhsulu yaxşılaşdırmaq üçün heç bir şey etməyib. Vinarski həmçinin qeyd edib ki, “Apple” “Siri”ni universal səsli köməkçi edib. Amma xidmət daha çox əyləncə və turizm sahəsində istifadə edilməli idi.

Qeyd edək ki, 2017-ci ilin oktyabrında mütəxəssislər süni intellekt sayılan “Siri”ni ən axmaq "ağıllı assistent" adlandırıblar.

Tədqiqatçıların qiymətləndirməsi zamanı ən yaxşı məhsul “Google”-un köməkçisi hesab edib.

Xəbər lenti
0