BAKI, 11 mart — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti Saratov vilayətində terror aktının qarşısını alıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, terroru gizli qruplaşma həyata keçirməyə hazırlaşırmış.
FTX əməkdaşları içində cinayətkarların olduğu maşını saxlamaq istəyərkən, sonuncular silahlı müqavimət göstərib. Qısa döyüş zamanı cinayətkarlar məhv ediliblər.
Hadisə yerindən TT və "Makarov" tipli tapançalar, əldəqayırma qumbara, eləcə də gücü 3 kiloqram trotilə bərabər olan əldəqayırma partlayıcı qurğu tapılıb.
FTX-nın Saratov vilayəti üzrə baş idarəsi terror aktının hazırlanması ilə bağlı cinayət işi qaldırıb. Regionda təhlükəsizlik tədbirləri gücləndirilib.