CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramil Osmanlı: “Qeyri-peşəkarlıq ayaq açıb yeriyir”

© Sputnik / Irade JELILBMM tədbir
BMM tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşların qiymətləndirmə ilə bağlı üzləşdikləri problemlər şurada müzakirəyə çıxarılacaq, obyektiv rəylər təqdim etməyən qurumlar inzibati qaydada məsuliyyətə cəlb ediləcək

BAKI, 10 mart — Sputnik. “Qiymətləndirmə bazarında qeyri-peşəkarlıq ayaq açıb yeriyir, bu sahədə təsadüfi adamların sayı çoxalır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) bu gün keçirilən illik hesabat konfransında İdarə Heyətinin üzvü Ramil Osmanlı bildirib.

R.Osmanlı qeyd edib ki, son illər problemli kreditlərin sayının artması məhkəmə orqanlarında vətəndaşların mənzillərinin qiymətləndirilməsi ilə bağlı müraciətləri artırıb. Bu da ədliyyə orqanları ətrafında çoxlu sayda qondarma qiymətləndirmə şirkətlərinin yaranmasına səbəb olub. Bazarda qeyri-peşəkarların sayının artması tənzimlənmə mexanizminin tətbiqini zəruri edir.

Konfransda 1998-ci ildə qəbul edilən "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanuna əlavə və dəyişikliklərin edilməsi zərurətinin də yarandığı, 2013-cü ildə yeni qanun layihəsinin Nazirlər Kabinetinə və Milli Məclisə təqdim edilməsinə baxmayaraq bu günə qədər heç bir cavabın verilmədiyi vurğulanıb. Konfransda AQC-nin tərkibində Ekspert Şurasının yaradılması da təklif edilib. Vətəndaşların qiymətləndirmə ilə bağlı üzləşdikləri problemlər şurada müzakirəyə çıxarılacaq, obyektiv rəylər təqdim etməyən qurumlar inzibati qaydada məsuliyyətə cəlb ediləcək.

Xəbər lenti
0