CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident bir sıra sahələrdə çalışanların məvaciblərini artırdı

Abunə olmaq
Hər iki sahədə çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb

BAKI, 10 mart — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev bir sıra sahələrdə çalışan şəxslərin maaşlarının artması ilə bağlı sərəncamlar imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamlara uyğun olaraq Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti
0