CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Piyada haqlıdır, yoxsa sürücü - qanun nə deyir? – VİDEO

© Sputnik / Anar MustafayevПешеходный переход на проспекте Метбуат в Баку
Пешеходный переход на проспекте Метбуат в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Hər bir halda sürücülərlə yanaşı piyadalar da Yol hərəkəti haqqında qanuna əməl etməlidir

BAKI, 10 mart — Sputnik. Bakı şəhəri 47 nömrəli tam orta məktəbin qarşısında, Azadlıq prospektində piyada zolağı ilə hərəkət edən insanlar hər gün təhlükə ilə üzləşirlər. Sputnik Azərbaycan xəbər verir ki, səbəb burda piyada keçidinin olduğunu bildirən xəbərdarlıq nişanın olmamasıdır.

Ərazidə xəbərdarlıq nişanının olmaması sürücüləri çaşdırır. Belə vəziyyətdə nəqliyyat vasitəsi piyadanın hərəkət sürətini və istiqamətini dəyişməyə məcbur edir. Bu isə piyadalarla sürücülər arasında mübahisəyə səbəb olur. Bu durumda piyadalar piyada keçidini qaçaraq keçmək məcburiyyətində qalırlar.

Xatırladaq ki, Yol hərəkəti haqqında qanunun 40-cı maddəsində qeyd olunur ki, piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.

Hər bir halda sürücülərlə yanaşı piyadalar da Yol hərəkəti haqqında qanuna əməl etməlidir.

Xəbər lenti
0