BAKI, 10 mart — Sputnik. Pakistanda 4,3 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yeraltı təkanların episentri Sibi şəhərindən 31 km cənub-şərqdə, ocağı isə 25 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.