Övladlarının hazırladığı keks az qala onların ölümünə səbəb olacaqdı

Abunə olmaq
Aparılan müayinələr zamanı məlum olub ki, zəhərlənmə narkotikdən baş verib.

BAKI, 10 mart — Sputnik. İtaliyada valideynlər övladlaınırın marixuanalı keksini yedikdən sonra xəstəxanalıq olublar. Sputnik Azərbaycan xəbər verir ki, italyan gənc marixuanalı keks hazırlayaraq soyuması üçün stolun üstünə qoyub. Valideynləri 20 yaşlı gəncin hazırladığı keksdən yedikdən sonra özlərini pis hiss edib və təcili yardım çağırıblar. Xəstəxanada onlar ürəkbulanma və başağrısından şikayət ediblər.

Aparılan müayinələr zamanı məlum olub ki, zəhərlənmə narkotikdən baş verib.

Axtarışlardan sonra, cütlüyün övladı etriaf edib ki, keksin xəmirinə yüksək miqdarda marixuana qatıb. Belə ki, o özü üçün "amsterdam" resepti ilə keks hazırlamaq istəyib.

Desertin qalıqları götürülüb, gənc isə narkotik saxladığına görə qanun qarşısında cavab verməli olacaq.

Xəbər lenti
0