CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbhə yaxınlığında 135 il əvvəl yaradılan rus məktəbi: Ona güllə də atılıb

© Sputnik / Musa MuradlıBərdə rayon Nizami Gəncəvi adına beynəlmiləl məktəb
Bərdə rayon Nizami Gəncəvi adına beynəlmiləl məktəb - Sputnik Azərbaycan
Abunə olmaq
"Bura gələndə qaçqınların sayı 60 ailə idi. Burdan yeni salınan qəsəbələrə isə 154 ailə yola saldıq"

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. XIX əsrdə Avropa mədəniyyəti bilavasitə Rusiya vasitəsi ilə Azərbaycana idxal edilməyə başladı. Ədəbiyyatda maarifçilik cərəyanı, teatr aləmində opera janrı, musiqi sahəsində vokal, klassik, simfonik əsərlər ərsəyə gətirildi. Azərbaycanın bir neçə bölgəsində, o dövrdə "uşkol" adlandırılan ilk rus-tatar məktəbləri açıldı.

Bərdə rayon Nizami Gəncəvi adına beynəlmiləl məktəb də o dövrdə yaranan ilk rus məktəblərindəndir. XIX əsrin sonlarında Bərdə ərazisində üç rus məktəbi açılıb. Məktəblərdən biri Lənbəran, ikincisi Alpoud kəndində, üçüncüsü isə indiki Bərdə şəhərində fəaliyyət göstərib. Lənbəran və Alpoud kəndlərində açılan məktəblər sonralar fəaliyyətlərini Azərbaycan dilində davam etdirib. Ancaq Bərdə şəhərində inşa edilən məktəb bu gün də rusdilli məktəb kimi fəaliyyət göstərir.

© Sputnik / Musa MuradlıBərdə rayon Nizami Gəncəvi adına beynəlmiləl məktəb
Bərdə rayon Nizami Gəncəvi adına beynəlmiləl məktəb - Sputnik Azərbaycan
Bərdə rayon Nizami Gəncəvi adına beynəlmiləl məktəb

Onu da qeyd edək ki, əsası 1883-cü ildə qoyulan məktəbin bu il 135 illiyidir. Məktəb 25 oktyabr 1883-cü ildə açılıb. Sərəncam Tiflis şəhərində verilib. İlk müəllimləri Qori Müəllimlər Seminariyasının məzunları olub. O vaxt qızları məktəbə götürmədiklərinə görə, bu məktəbin ilk şagirdləri 7 oğlan olub.

Sputnik Azərbaycan-a danışan direktor Pakizə Muxtarova bildirir ki, bu məktəbin açılmasında Nəcəf Bəy Vəzirovun böyük xidmətləri olub. Bütün metodik materiallar həmin dövrlərdə Bakıda ikinci rus qız gimnaziyasının müdiri olan Nəcəf bəyin qızı Sara xanım tərəfindən göndərilib. Məktəb əvvəlcə Rus-Tatar məktəbi, ötən əsrin yetmişinci illərində beynəlmiləl məktəb, sonralar yenidən rus məktəbi adlandırılıb.

© Sputnik / Musa MuradlıBərdə rayon Nizami Gəncəvi adına beynəlmiləl məktəbdə dərs prosesi
Bərdə rayon Nizami Gəncəvi adına beynəlmiləl məktəbdə dərs prosesi - Sputnik Azərbaycan
Bərdə rayon Nizami Gəncəvi adına beynəlmiləl məktəbdə dərs prosesi

Bu gün məktəbin məzunlarının sorağı dünyanın müxtəlif yerlərindən, universitetlərindən — Amerikadan, Polşadan, Almaniyadan, Rusiyadan və başqa ölkələrdən gəlir. Məktəb direktorunun dediyinə görə, məktəbin təmirinə başlamaq barədə söz verilib. Təmir baş tutandan sonra həyatda olan bütün məzunlar dəvət edilib, məktəbin 135 illik yubiley tədbiri keçiriləcək.

Pakizə müəllimə qeyd edir ki, məktəbin tarixini əks etdirən muzey yaratmaq ideyası da var. Ancaq təəssüflər olsun ki, darısqallıq ucbatından, yer olmadığından bunu etmək mümkün deyil.

Pakizə Muxtarova söhbətimiz əsnasında məktəbin keçdiyi çətin günlərin acı xatirələrini danışır: "1992-93-cü illərdə milli münasibətlərin gərginləşdiyi dövrdə bizim məktəbimizə də güllələr atılıb. O vaxt çox adam qorxusundan uşaqlarını məktəbdə çıxarmağa məcbur olub, ancaq belə qorxu bir il çəkib, sonra valideynlər yenidən həmişəki kimi uşaqlarını məktəbə gətirdilər".

© Sputnik / Musa Muradlıİdman meydançası
İdman meydançası - Sputnik Azərbaycan
İdman meydançası

"O illərdə Qarabağ müharibəsi nəticəsində qaçqın düşən soydaşlarımız məktəbin inzibati binasında yerləşdirildi. 24-25 il bu məktəb onların doğma evinə çevrildi. Burada yaşadılar. Bu səbəbdən də məktəb bu hala düşdü. Bura gələndə qaçqınların sayı 60 ailə idi. Burdan yeni salınan qəsəbələrə isə 154 ailə yola saldıq" — deyə danışır məktəb direktoru.

Həmsöhbətimiz qeyd edir ki, məktəbin yenidən bərpasında Amerikanın Azərbaycandakı səfirliyinin böyük yardımı olub: "Qaçqın ailələri böyüdükcə, məktəbin sinifləri binanı tərk edirdilər. Belə bir şəraitdə Amerika səfirliyi ilə layihələr çərçivəsində əməkdaşlıq edərək "domik" siniflər qurduq. Sonra yenə layihə əsasında Amerikanın Sülh korpusunun yardımı ilə hazırda yerləşdiyimiz 450 yerlik binanı inşa etdirdik. Hazırda şagirdlərimizin sayı 850 nəfərdir".

"Layihələr çərçivəsində voleybol, futbol meydançaları qurduq. Layihələrin qiymətləndirilməsi də müəllimlərin təşəbbüsləri, həmin təşkilatların komanda tədbirlərində iştirakları, şagirdlərin bilik və bacarıqlarına olan maraqlar əsas götürülüb. Uşaqlarımız layihələrdə qalib olub, Amerikada oxuyublar" — P.Muxtarova əlavə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezidentdən məktəb binaları ilə bağlı sərəncam

Qaçqın və köçkünlərdən sonra bina təmirə dayandırılıb. Müəyyən qədər iş görüləndən sonra binanın özülündə çökmələr aşkarlanıb. Buna görə də binanı təmir eləmək yox, söküb, yenidən tikmək qərara alınıb. Ehtimal olunur ki, özülün çökməsinə məktəbdə məskunlaşmış ailələr tərəfindən axıdılan su səbəb olub.

Pakizə müəllimə deyir ki, məktəb sökülməsəydi, bəlkə də indi təmir işləri başa çatmışdı: "Bütün bina suvanmışdı, xeyli vəsait xərclənmişdi. Təhsil Nazirliyi məktəbin yeni binasının inşası ilə bağlı tezliklə işlərə başlanılacağına söz verib. Mehriban xanım Əliyevaya ünvanlanan müraciətimizə də müsbət cavab verilib. Məktəbin kollektivi olaraq hamılıqla inanırıq ki, 2018-ci ildə məktəbin yeni binası hazır olacaq".

Müsahibimiz məktəbin əldə etdiyi uğurlardan da danışır: "Məktəbimiz ötən illərdə də rayonun seçilən məktəblərindən olub. 2009-2010, 2014-2015-ci illərdə iki dəfə ilin ən yaxşı məktəbi adını qazanıb. Nizami Gəncəvi adına 2 saylı Beynəlmiləl Orta Məktəb Bərdə rayonunda belə bir nailiyyəti əldə edən iki məktəbdən biridir".

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məleykə Abbaszadə məktəb təhsilindən narazılığını bildirdi

Haqqında danışdığımız məktəbdə rus və Azərbaycan bölmələri üzrə 850 nəfər şagird təhsil alır. Onlardan 500 nəfəri rus bölməsinin payına düşür. Bu da onu göstərir ki, Bərdədə rus dilində təhsil almağa daha çox meyl var.

Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov Sputnik Azərbaycan-a bildirdi ki, sözügedən məktəbin yeni binasının 2018-ci ildə inşa edilməsi planlaşdırılır: "Nizami Gəncəvi adına tam orta məktəbin yeni binası 2018-ci ildə yüksək səviyyədə tikilib istifadəyə veriləcək. Çalışdığımız da odur ki, belə çətin vaxtda Bərdədə beynəlmiləl məktəbin adına layiq yeni bina tikilsin".

Xəbər lenti
0